Henri Kissincer 100 yaşında vəfat etdi

Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri, ABŞ dövlət katibi Henri Kissincer 100 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Kissincerin şəxsi saytında dərc olunmuş məlumatda deyilir.

Siyasətçi noyabrın 30-da Konnektikutdakı evində vəfat edib.

Henri Kissincer Almaniyanın Fuerth şəhərində dindar yəhudi ailəsində anadan olub. 1938-ci ildə nasistlərin təqibi təhlükəsi altında ailə ABŞ-a qaçıb.

Kissincer 1973-1977-ci illərdə Amerika prezidentləri Riçard Nikson və Cerald Fordun dövründə ABŞ Dövlət Departamentinə rəhbərlik edib. 1969-1975-ci illərdə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb.

Dünya siyasətini formalaşdıran mübahisəli qərarları ilə tanınan Kissincer, xüsusilə Kambocanın bombalanması və 1970-ci ildə Cənubi Vyetnamın işğalı ilə bağlı qərarlara görə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş şəkildə qınanıb.

Gununsesi.info