44 Günlük Vətən Müharibəsinin 100-ə yaxın iştirakçısı hüquqlarının bərpası ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.
Müharibə iştirakçıları Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 saylı qərarı ilə Azərbaycan Respublikasının Konstitusiyası, “Veteranlar haqqında” Qanun və digər normativ hüquqi aktlar arasında olan ziddiyyətlərlə bağlı məhkəməyə müraciət ediblər.
Gununsesi.info-ya müraciət edən hərbçilərin sözlərinə görə, sentyabrın 9-da Konstitusiya Məhkəməsində qapalı məhkəmə iclası keçirilib. və onlar iclasda iştirak edə bilməyiblər:
“Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 saylı qərarı ilə Azərbaycan Respublikasının Konstitusiyası, “Veteranlar haqqında” Qanun, digər normativ və hüquqi aktlarda olan ziddiyyətlərlə əlaqədar, II Qarabağ Müharibəsində iştirak etmiş, lakin veteranlıq statusu verilməmiş 100-ə yaxın zabit və əsgərin müraciəti əsasında, 9 və 16 sentyabr 2026-cı il tarixində Konstitusiya Məhkəməsində qapalı məhkəmə iclası keçirildi. Biz məhkəmədə iştirak edə bilmədik. Çünki Konstitusiya Məhkəməsinin daxili qaydalarına uyğun olaraq, bu növ məhkəmələr bir qayda olaraq qapalı keçirilir. 1-2 ay ərzində yekun qərar qəbul olunacağı barədə bizə məlumat verildi.
İnanırıq ki, müharibə iştirakçıları barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və digər 9 hakim tərəfindən ədalətli qərar çıxarılacaq və bizim hüquqlarımız bərpa ediləcək!”
BUNA DA BAX:
Şəbnəm Rəhimova











