Herisçinin vəziyyəti açıqlanıb

  • By ilhame
  • 27 Yanvar 2024 12:54

Tanınmış jurnalist, yazıçı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə xəstəxanadan məlumat verilib. Bildirilib ki, hazırda onun səhhətində müsbət dinamika müşahidə edilir, vəziyyəti orta ağırdır.

 

Həmid Herisçinin vəziyyəti TƏBİB və Azərbaycan Mətbuat Şurasının rəhbərliyinin diqqətindədir.

 

Qeyd edək ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi qızılcaya yoluxub. O, ötən gün saat 18:15 radələrində təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.

 

Gununsesi.info