Hersoqiniya Keyt Middlton gülünc obyektinə çevrildi

Hersoqiniya Keyt Middlton gülünc obyektinə çevrildi

slyapa

İrlandiyanın birinci naziri Arlin Fosterin Xillsbor qəsrində təşkil etdiyi mərasimə qatılan Keyt Middlton sevərləri tərəfindən gülüş obyektinə çevrilib. Gununsesi.info xarici mətbuata istinadın xəbər verir ki, hersoqiniya mərasim üçün   “Day Birger et Mikkelsen” dən seçdiyi üst geyimini “Cock & Co” dan  şlyapa ilə tamamlayıb. Bu seçim onun sevərlərini təəssüfləndirib. Sosial şəbəkə  vasitəsilə onu tənqid atəşinə tutublar. Onlara görə Keyt Middltonun yığdığı saç düzümü və geydiyi şlyapa onu 10 il yaşlı göstərir. Bundan əlavə hersoqiniyanın hədsiz arıqlaması da diqqətdən yayınmayıb. Bəziləri hətta düşünürlər ki,  Keyt Middlton anoreksiya xəstəliyindən  əziyyət çəkir.

Son zamanlar şahzadə Uilyamın həyat yoldaşı sosial şəbəkədəki müzakirələrə görə Kim Kardaşyanla bir tutulur.

Sevinc Xeyrulla

COMMENTS