“Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinə veto qoymayacağıq”.
Gununsesi.info xəbər verir ki, bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib:
“13-cü sanksiya paketinin hazırlanması mərhələsində Macarıstanın iqtisadi maraqlarına zidd olan bütün elementləri ondan çıxarmaq mümkün idi. Hesab edirik ki, bu baxımdan vetodan istifadə etmək heç bir nəticə verməyəcək. Eyni zamanda hesab edirəm ki, Avropa İttifaqı yanlış qərar qəbul edir”.
Gununsesi.info