Azərbaycan Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. İclasda dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabat müzakirə olunub.
Gununsesi.info Hesablama Palatasına istinadən verdiyi xəbər görə, bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsindən və “Meşələrin qorunub saxlanılması və təkrar istehsalı Fondu”ndan ayrılan vəsaitlər üzrə xərclərin proqnozlaşdırılması və icrasına dair hesabat dinlənilib.
Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Quba rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair və Dövlət büdcəsindən Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair hesabatlar da müzakirə mövzuları olub.
İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.
Gununsesi.info