Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

24 May 2016 - 16:38

“Hesablama Palatası Mərkəzi Bankda yoxlama aparmalıdır”

merkezi bank

Əkrəm Həsənov: “Azərenerji və “AZAL” Mərkəzi Bankdan götürdükləri kreditləri geri qaytarmır”

 

“Hesablama Palatası bir sıra dövlət təşkilatlarını (“Azərenerji” ASC, “AZAL” Dövlət Konserni və s.) yoxlayıb və Mərkəzi Bankdan götürdükləri kreditləri qaytarmadıqlarını müəyyən edib. Həmin təşkilatların rəhbərləri dövlət vəsaitindən necə istifadə edib ki, krediti ödəyə bilmirlər?”

Bu sözləri maliyyə məsələləri üzrə hüquqşünas,  sabiq bank işçisi Əkrəm Həsənov bildirib.   Hüquqşünas qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) həmin təşkilatları məhkəməyə verməli,  onların rəhbərlərinin üzərinə kollektorları göndərməlidir. Ekspertə görə burada AMB-nın da böyük günahı var: “Mərkəzi Bank həm banklara, həm dövlət təşkilatlarına kreditləri qeyri-şəffaf verir. Mərkəzi Bankın 24 illik fəaliyyəti ərzində onu heç bir dövlət qurumu yoxlamayıb,  o cümlədən Hesablama Palatası. Buna görə də Hesablama Palatası “Azərenerji” və “AZAL”dan əvvəl Mərkəzi Bankın özünü təftiş etməlidir. Məsələn, təkcə Mərkəzi Bankın banklara verdiyi kreditlər üzrə götürdüyü girov əmlaklar üzrə xeyli maraqlı məsələ üzə çıxacaq”.

“Bir-ikisi istisna olmaqla bizdə elə bank yoxdur ki, mən onu yoxlamağa başlasam, qısa müddət ərzində onun rəhbərliyinin cinayət məsuliyyəti üçün xeyli əsas tapa bilməyim. Çünki bank sistemimiz ağır xəstədir. Xəstənin yeri isə palatadır. Mərkəzi Bankın yeri Hesablama Palatası, kommersiya banklarının isə Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Həmin Palatalardakı peşəkarlar işə düzgün yanaşsa, bütün cinayətlərin üstü açılar, günahkar bankirlər məsuliyyətə cəlb olunar, onların müsadirə edilmiş əmlakı isə dövlətə keçər”,- deyə Ə.Həsənov vurğulayır.  Onun sözlərinə görə, həmin müsadirə edilmiş əmlak hesabına əhalinin problemli borclar məsələsini də həll etmək olar.

 

Leyla SƏLİMLİ

Gununsesi.info