Hesablama Palatasının çox yerlərə təsir imkanı yoxdur - BÜDCƏDƏN PUL OĞURLANMASI CİNAYƏTDİR

  • By admin
  • 09 Aprel 2019 13:24

Büdcədən vəsait mənimsənilirsə, bu cinayətdir. Buna yumşaq ad qoymaqla, cinayətdən imtina etməyə başlayırıq”.

Gununsesi.org  xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fazil Mustafa Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib.

Deputat vurğulayıb ki, vergi ödəyiciləri, borcların ödənilməsi, satınalmalarla bağlı ciddi problemlər var:

“Dövlətsatınalmalarında ziddiyət qabarıq şəkildə özünü göstərir. Hesabata əsasən, 76 tender komissiyasının qanunvericiliyin tələbələrinə uyğun şəkildə fəaliyyəti aşkarlanıb. Lakin hansı tenderlərin ləğvi ilə bağlı məlumat əldə etmək mümkün deyil. Bütün bunları araşdırdıqda, Hesablama Palatasının təsir imkanları böyük olsa da, reallıq baxımından çox yerlərə təsir etmək imkanı yoxdur. Hesablama Palatasının bu problemlərin aradan qaldırılmasında öncüllüyünü təmin etməsək, gələcəkdə bu problemlərin qarşısını almaq çətin olacaq. İslahatlar aparmaq niyyətimiz ardıcıldırsa, Hesablama Palatasının rəyi ilə bunları aradan qaldırmaq olar”.