Hesablama Palatasının ötənilki fəaliyyəti haqqında hesabat müzakirə olunub

  • By admin
  • 01 Aprel 2022 17:50

Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə qurumda kollegiya iclası keçirilib.

Bu barədə Gununsesi.info-ya Palatadan bildirilib.

Məlumata görə, iclasda “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabat” müzakirə olunub, müvafiq qərar qəbul edilib.

Bundan başqa, Palatanın təqaüd yaşına çatmış 3 əməkdaşına uzun illər göstərdikləri fəaliyyətə görə təşəkkür olunub, uğurlar arzulanıb. Həmçinin, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin müdiri kollektivə təqdim olunub.

Gununsesi.info