Gülməmmədov iradları cavablandırdı: "Əgər millət vəkilləri bizdən daha sərt cəza tətbiqini tələb edirlərsə..." - (ÖZƏL)

  • By admin
  • 15 Aprel 2017 11:34
vuqar
Hesablama Palatası  ona verilən mandat və səlahiyyətlər çərçivəsində qanun pozucusunu cəzalandırmaq hüququna malikdir. Ondan artığını edə bilməz”.
 Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında  Hesablama Palatasının sədri Vüqar Gülməmmədov  Milli Məclisdə (MM)  Hesablama Palatasının son hesabatının müzakirəsi zamanı  millət vəkillərinin qanun pozucularına qarşı qurumun daha  sərt cəza növü seçməməsi ilə bağlı  iradlarına mövqeyini açıqlayarkən deyib.
 Onun sözlərinə görə, Hesablama Palatası yoxlamaların aparılaması zamanı hər hansı qanun pozuntusu aşkar edərkən seçə biləcəyi cəzanı ancaq ona verilən mandat  və səlahiyyət çərçivəsində  tətbiq edir.
“Elə məhz bu manataq uyğun olaraq  Hesablama Palatası 11 milyon manatdan yuxarı vəsaitin büdcəyə qaytarılmasına nail olub və digər cəza növləri seçib. Biz ancaq öz səlahiyyətlərimiz çərçivəsində iş görə bilirik. Əgər  millət vəkilləri Hesablama Palatasından daha sərt  cəza tətbiqini tələb edirlərsə, o zaman Palataya bu səlahiyyəti versinlər”– deyə, Palata sədri deyib.
 V. Gülməmmədov onu da əlavə edib ki, artıq “Hesablama Palatası haqqında” yenin qanun layihəsi MM-dədir və onun müzakirəsi gözlənilir:
“Yeni layihədə Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi öz əksini tapıb”.
Mürtəza
Gununsesi.info