“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi Fransaya qarşı

  • By admin
  • 05 May 2023 09:56

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir.

Gununsesi.info xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil edilən yarışda bu gün pley-off və yarımfinal oyunları keçiriləcək.

A qrupunu 3-cü pillədə başa vuran Azərbaycan millisi yarımfinala yüksəlmək uğrunda Fransa ilə qarşılaşacaq. Digər cütlükdə isə Çexiya və Ukrayna üz-üzə gələcəklər.

Bu cütlərin qalibləri axşam saatlarında yarımfinal mərhələsində müvafiq olaraq Serbiya və Qazaxıstanla üz-üzə gələcəklər.

Pley-off

1. 11:00. Fransa – Azərbaycan
2. 12:30. Çexiya – Ukrayna

Yarımfinal

20:00. Serbiya – 1-ci cütün qalibi
21:30. Qazaxıstan – 2-ci cütün qalibi

Gununsesi.info