Heydər Əliyevin 100-cü ildönümü münasibətilə regionlarda ağacəkmə tədbirləri keçirilib - FOTOLAR

  • By admin
  • 11 Aprel 2023 20:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə və Dövlət Turizm Agentlikləri, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə bu gün Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib və yerli şəraitə uyğun ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, ağacəkmə tədbirləri
eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün Yevlax və Şəmkir rayonlarının meşə fondu torpaqlarında da həyata keçirilib, yeni meşə əkinləri və meşəbərpa tədbirləri aparılıb, 8000-dən çox, çinar, tut, akasiya və göyrüş ağacı əkilib.”

Xidmət rəsmisinin sözlərinə görə, Heydər Əliyev ili çərçivəsində,
yaz ağac əkini başlayandan bugünədək, təkcə meşə fondu torpaqlarında, ümumilikdə bir milyondan artıq ağac əkilib, 22 ton toxum səpilib.

“Ölkəmizdə geniş vüsət alan ağacəkmə tədbirləri yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin xatirəsinin əziz tutulmasına, onun təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməyə yönəlib”.

Gununsesi.info