Lənkaranda ulu öndər Heydər Əliyevin 95-ci ildönümü umumxalq bayramı kimi yaşandı.
Gununsesi.info xəbər verir ki, 10 may- Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Lənkəranda əsl umumxalq bayramı kimi yaşanıb. Səhər saatlarından başlayaraq Lənkəran şəhərinin mərkəzində ulu öndərin adını daşıyan xatirə parkına gələn lənkəranlılar H.Əliyevin xatirə abidə kompleksini ziyarət edərək önünə təzə-tər may çiçəkləri düzüblər.
Ziyarətə gələnlər arasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmilər də olub. İcra başçısı və digər ziyarətçilər həmçinin Heydər Əliyev Mərkəzinə baş çəkərək ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Gununsesi.info