Heydər Əliyevin mühafizəçisinin bıçaqlanması və polis rəisinin müavininin güllələnməsi işi - MƏHKƏMƏ BAŞLAYIR

  • By admin
  • 03 Aprel 2018 15:30

Keçmiş polis rəisi, ondan öncə isə mərhum prezident Heydər Əliyevin mühafizəçisi olmuş Müşfiq Mədətova xəsarət yetirməkdə, Səbail Rayon Polis İdarəsinin rəis müavini, polkovniki Orxan Axundzadəni isə öldürməyə cəhdlə bağlı cinayət işinə yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Bu iş üzrə ibtidai istintaq başa çatıb.

Gununsesi.info xəbər verir ki, bu cinayət işi üzrə üç nəfər təqsirləndirilir – 26 yaşlı Kazım Abbasov, 36 yaşlı Məhəmməd İsmayılov və 42 yaşlı Emin Həsənov. Onlar Onlar CM-nin 221 (xuliqanlıq), 29.120 (qəsdən adam öldürməyə cəhd) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Prokurorluğun yaydığı məlumata görə, oktyabrın 14-də saat 19 radələrində paytaxtın Səbail rayonu, Şeyx Şamil küçəsi 16 ünvanında yerləşən çay evində naməlum şəxslər Müşfiq Mədətovu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər. Bununla əlaqədar Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Hadisəni törədənlərin tapılması üçün oktyabrın 15-də əməliyyat keçirilib. Əməliyyat zamanı “Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər polislərə atəş açıb. Nəticədə  Orxan Axundzadə yaralanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər həmin vaxt oradan qaçsalar da, sonradan həbs olunublar.

Gülər

Gununsesi.info