Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” turniri keçiriləcək

  • By admin
  • 11 Noyabr 2016 11:42

heyder

Noyabrın 24-dən 26-dək Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq.

Azərbaycan Güləş Federasiyasından (AGF) Gununsesi.info-ya verilən məlumata görə, sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında keçiriləcək. Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir.

Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.

Yarışın yayımçısı “İdman Azərbaycan” kanalı, informasiya tərəfdaşı isə “Azərtac” İnformasiya Agentliyidir.

https://www.youtube.com/watch?v=ndL85WupacY

Anar

Gununsesi.info