Heydər Əsədov jurnalistin sualından belə yayındı - HAZIRDA...

  • By admin
  • 07 May 2018 08:00

Prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibində yer ala bilməyən sabiq nazirlər hələ də medianın gündəmindədir.

Müxtəlif KİV orqanlarında onların vəzifədən gedəndən sonra səhhətlərində ciddi problemlərin yarandığı, habelə, həbs olunacaqlarına dair iddialar da yer almaqdadır.

Son məlumatlarda isə Qaçqın və Məcburki Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində və Kənd Təsərrüfatı Nazirliyində yoxlamaların aparıldığı bildirilir. Bu isə həmin qurumlara rəhbərlik edən şəxslər üçün ciddi problem olacağını göstərir.

Gununsesi.info-nun əməkdaşı sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovla danışa bilib. Sabiq nazir barəsində gəzən iddialarla bağlı sualdan bəhanə ilə yayınıb.

Heydər Əsədov “hazırda tədbirdəyəm, sonra danışarıq” deyərək, telefonun dəstəyini asıb.