Heydər Əsədovdan yeni təyinat

  • By admin
  • 01 Fevral 2018 14:48
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsinə təyinat olub. 
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun müvafiq əmri ilə bu vəzifəyə Azər Süleymanov təyin edilib.
BNX-nın mətbuat katibi Yolçu Xanvəli faktı təsdiqləyib.
Qeyd edək ki, A. Süleymanov 2015-ci ilin sentyabrından DBNX-nın rəisi vəzifəsini icra edirdi.
Gununsesi.info