İctimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı və filosof Heydər Camal vəfat edib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə onun sosial şəbəkələrdəki səhifələrində xəbər yerləşdirilib.
“Bazar günündən bazar ertəsinə keçən gecə Heydər Camal yer üzündəki yolunu başa vurdu. Qoy Allah onu cənnətinə qəbul eləsin. Biz hamının yalnız Ona qayıdacağıq” – deyə, məlumatda bildirilir.
H. Camalın vəfatı haqqında digər təfərrüatlar yoxdur.
Gununsesi.info