İranın İsrailə qarşı hava hücumları bu ölkənin hava məkanı üzərindən təyyarə reyslərini təxirə salıb.
Dünən gecədən etibarən İran üzərindən uçmalı olan xarici avia kompaniyalara məxsus təyyarələr Bakıya məcburi eniş edib.
Gununsesi.info-nun xəbərinə görə, Azərbaycandan da bir sıra xarici ölkələrə uçuşlar dayandırılıb.
Belə ki, Bakı-Dubay reysi və İranın hava məkanından olan uçuşlar da dayandırılıb.
Sərnişin Vəli Verdiyevin saytımıza verdiyi məlumata görə, gecə saatlarından Heydər Əliyev adına Hava Limanında qalıblar: “Biz Dubaya uçmalı idik. Ancaq gecədən bəri təyyarinin qalxışı ilə bağlı birmənalı vaxt deyilmir. Hələ də nə zaman uçacağımızı bilmirik” deyə Vəli Verdiyev bildirib.
Afət
Gununsesi.info