Heydər Əliyev aeroportu adi rejimdə işini davam etdirir

  • By admin
  • 02 Noyabr 2019 12:53

Bakıda və Abşeron yarımadasında güclü küləyə baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı adi rejimdə işini davam etdirir.

Bunu Gununsesi.org “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

O bildirib ki, iş qrafikə uyğun davam edir, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur.

Gununsesi.org