Heydər Əliyev onu öpüb qucaqladı - Şəhid Səbuhinin uşaqlıq videosu

  • By admin
  • 14 Sentyabr 2022 10:08

Erməni təxribatı nəticəsində şəhid olan gizir Səbuhi Əhmədovun uşaq evində illər öncə ümummilli lider Heydər Əliyevlə çəkilmiş görüntüləri üzə çıxıb.

Gununsesi.info Qafqazinfo-ya istinadla xəbər verir ki, videoda valideyn himayəsindən məhrum olmuş Səbuhi Azərbaycan himnini oxuyur, daha sonra H.Əliyev onu öpərək qucaqlayır.

Qeyd edək ki, S.Əhmədov SOS uşaq evində böyüyüb. Hərbi xidməti başa vurduqdan sonra gizir kimi Azərbaycan Ordusu sıralarında xidmətə başlayıb.