Heydər Əliyevi qarşılamağa getməyənlər indi vəzifədədir -FOTO

  • By admin
  • 29 Oktyabr 2022 11:42

 

Bu şəkil tarixin yadigarıdır. Mənim üçün böyük şərəfdir ki, Heydər Əliyevin nəhəngliyini gəncliyimin çağlayan vaxtlarında dərk etdim və onun böyük siyasətinin təbliğatçısı oldum.

Səhv etmirəmsə, bu şəkil 1992-ci ilin fevral ayında çəkilmişdir. Heydər Əliyev qardaşı Həsən Əliyevin yas mərasiminə gəlmişdi. O zaman mənə rəhmətlik Cəlal Əlyev bir neçə şəxsi qarşılanmaya dəvət etməyi tapşırdı. Mən onları tapdım və dəvət etdim. Lakin heç biri gəlmədi. Onlardan ikisi isə mənə kobud cavab verərək normal işlə məşğul olmağı üzümə şillə kimi çəkdi. İkisi də vəzifədədir. Heydər Əliyevin çörəyi ilə böyüyənlərdən heç biri bizim çağırışımıza əhəmiyyət belə vermədi. Mən isə sanki xalq düşməni qismində bu gündə təqiblər altında yaşamaq məcburiyyətindəyəm. Budurmu ədalət!!!

Budurmu verilən dəyər və qiymətini!!! Şəkildə önümdə dayanan rəhmətlik Elçin Səlcuqdu.

Lap öndə isə dayanıb əllərini sipər edən isə Babəkdir ki, bu gün yaşamağa evi yoxdur.

Hökumətimizin əsl Heydər Əliyevçilərə verdiyi qiymət göz qabağındadır.

Eldar Sabiroğlu