Heydər Əliyevin 95 illiyində əfv olacaq - TARİX BƏLLİ OLDU

  • By admin
  • 01 May 2018 23:24

Xəbər verildiyi kimi Prezident yanında Əfv Məsələləri Komissiyası yenidən iclaslarına strat verib. Komissiyadan Gununsesi.info-ya verilən xəbərə görə, bu gün keçirilən iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.

Komissiyanın indiyədək keçirilən iclaslarında 700-dək müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Bu arad isə əfv sərəncamının nə zaman imzalanacağı barədə müxtəlif fikirlər var. Bəziləri bunun  20 May AXC-nin 100 illiyi ilə bağlı olacağını desə də ancaq sərəncamın daha tez imzalanacağı bəlli olub. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, əfv sərəncamı sabiq dövlət başçısı Heydər Əliyevin 95 illiyi ilə bağlı  imzalanacaq. Sərəncamın mayın 7-8 tarixlərində veriləcəyi qeyd olunur.

Həbsdəki siyasi fəalların azadlığa çıxma şansına gəlincə, qaynağımız bunun sərəncama 2 gün qalmış bəli olacağını deyib.

Gununsesi.info