Əli Nağıyev: “Elçibəy istəməsəydi, Heydər Əliyev hakimiyyətə gələ bilməzdi”

  • By admin
  • 15 İyun 2016 11:09

 

ali naghiyev

 

Hakimiyyət nümayəndələri 4 iyun qiyamından danışarkən baş verənləri AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi ilə izah edirlər. Onların iddiasına görə, o dövrki hakimiyyətin yarıtmaz siyasəti Gəncə qiyamına səbəb oldu. Və nəticədə xalq Heydər Əliyevi ölkəni xilas etməyə çağırdı. Lakin keçmiş nazir Əli Nağıyev öz müsahibəsində bu iddiaları alt-üst edib. Gununsesi.info moderator.az saytına istinadən həmin müsahibəni sizə təqdim edir:

 

Əli Nağıyev iyun hadisələrini Rusiya və Iranın yaratdığını deyib: “15 iyun hadisəsi niyə baş verdi, çünki 15 iyunu yaradanlar yaratdı. Mən indiyədək verdiyim müsahibələrdə dəfələrlə demişəm ki, Rusiya istəməsə, Dağlıq Qarabağ məsələsi həll olunmayacaq. Bunu bu gün də deyirəm və mən deyəni artıq indi hamı deyir, bir qədər başqa formada olsa belə. 15 iyun prosesini də Azərbaycanın daxilində yaradan var idi və hamısı da aydın oldu. Bu gün həmin proseslərin ən qatı iştirakçısı Əlikram Hümbətov, Şahin Musayev Moskvanın qucağında oturub. Onlar hamısı Rusiya kəşfiyyatının agentləri idi. Eyni zamanda Surət Hüseynov da bilərəkdən və ya bilməyərəkdən Moskvaya xidmət edirdi. Yəni iyun hadisələrini bunlar idi yaradan və hamısı da aydın idi. Bir tərəfdən Rusiya, digər tərəfdən Iran Azərbaycanı parçalamaq, silmək istəyirdilər, məqsədləri bu idi”.

 

Əli Nağıyevin növbəti fikirləri isə “Heydər Əliyevi çağırdı” iddialarının əsassız olduğunu deməyə əsas verir: “Əbülfəz Elçibəy istəməsəydi, Heydər Əliyev hakimiyyətə gələ bilməzdi, Elçibəy özü Heydər Əliyevin ardınca təyyarə göndərdi. Ancaq məcburiyyətdənmi göndərdi, yoxsa ürəyinin diktəsiylə etdi, bu, tamam başqa bir mövzudur və bunun ətrafında bir kitablıq danışmaq olar”.

 

Sabiq nazirin maraqlı fikirlərindən biri də AXCP sədri Əli Kərimli barədədir. “Hesab edirəm ki, vəzifə verdiyi adamlar arasında Əbülfəz Elçibəyə sədəqətlə xidmət edən yeganə şəxs Əli Kərimov idi” deyən sabiq nazir Əli Kərimlinin guya Elçibəyə xəyanət etməsi barədə iddiaları darmadağın edib.