Heyvanlar arasında yayılan bruselyoz xəstəliyi ölkə baytarlarını hərəkətə gətirdi - FOTO

  • By admin
  • 26 İyul 2017 12:18
1501054066_img_0382_2
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkə ərazisində iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndlən məsinə start verilib.
 
 Bu barədə Gununsesi.info-ya nazirlikdəın məlumat verilib. Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində bruselyoz xəstəliyi əleyhinə 400 min doza miqdarında “S-19 “ peyvənd vasitəsi alınaraq iribuynuzlu heyvanlar arasında tətbiqinə başlanılıb. Bu peyvənd vasitəsi iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyini törədən “Brusella abortusa” qarşı immunitet yaradır.

Peyvəndləmə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sahə baytar həkimləri tərəfindən göz-damcı üsulu ilə 3-8 aylıq dişi danalar arasında aparılır. Alimlərin son tədqiqatlarına əsasın ştamm “S-19” peyvənd vasitəsinin iribuynuzlu heyvanlarda rast gələn “Brusella mellitenzisə”də qarşı əsasən uzunmüddətli immunitet yaradır.
 
Dövlət Xidmətinin mütəxəssisləri rayonlara ezam olunaraq, həkimlərə vaksinin istifadəsi və biotəhlükəsizlik qaydaları barədə təlim keçiblər.
Peyvəndə cəlb edilən heyvanlar həkimlər tərəfindən qeydiyyata alınır və gulaqlarında xüsusi kəsik aparılmaqla nişanlanır. Bu peyvəndlənmə kampaniyasının layihə tərəfindən 3 il müddətində maliyyələşdirilməsi nəzərdə tutulub. Nəticədə, naxırlarda bruselyoz xəstəliyinə həssas olan heyvanların sağlam və uzunmüddətli immuniteti olan heyvanlarla əvəz olunması gözlənilir.

Qeyd edək ki, ötən il xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “tam sürü” prinsipi ilə “Rev-1” göz-damcı üsulu ilə peyvəndləməsinə başlanıb və hazırda paralel olaraq bu tədbirlər davam etdirilir.

Bruselyoz uzun müddət müalicə tələb edən, oynaq sisteminə təsir göstərən, çox zaman ağırlaşmalar və əlilliyə gətirən xroniki, təhlükəli xəstəlikdir. İnsanlar bu xəstəliyə heyvan mənşəli çiy qidalar – xüsusilə, çiy süd, duza qoyulmamış yeni hazırlanmış pendir və süd məhsullarının istifadəsi ilə, xəstə heyvanlarla təmasda olan, doğuş və sağım zamanı yoluxa bilərlər.
1501054099_img_0381_2
Gununsesi.info