Heyvanlarla bağlı referendum KEÇİRİLDİ

  • By admin
  • 14 Fevral 2022 10:05

İsveçrədə heyvanların elmi tədqiqatlarda sınaq subyekti kimi istifadəsi barədə referendum keçirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təxminən 2,3 milyon seçicinin iştirak etdiyi ümumxalq səsverməsi 79,1 faiz “xeyr” və 20,9 faiz “hə” səsi ilə nəticələnib.

Mövzu ilə bağlı İsveçrənin dövlət agentliyi SDA-ya danışan Lucerne senatoru Andrea Gmür, “İsveçrə xalqı belə bir qadağanın həm insanların, həm də heyvanların sağlamlığını riskə atacağının şüurunda hərəkət edib”, – deyə qeyd edib.

Qeyd edək ki, referandumdan sonra heyvanların minimal zərərlə, elmi tədqiqatlarda subyekt kimi istifadə edilməsi qanuni olmağa davam edəcək.

Gununsesi.info