İsveçdə baş örtüyünə görə işindən qovulan qadına 14 min dollar təzminat ödəniləcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsveçdə çalışdığı hava yolu şirkətindən hicaba görə qovulan qadına “ayrı-seçkiliyə məruz qaldığı” əsası ilə 14 min dollar təzminat ödəniləcək.
İsveç Ombudsmanı Lars Arrheniusun sözlərinə görə dini simvollara icazə verməyən və vahid geyim siyasətini həyata keçirən bir hava yolu şirkəti, iş müraciətini qəbul etdiyi halda, hicablı qadını işə götürmədən işdən çıxararaq ayrı-seçkiliyə səbəb olub.
“Əmək bazarında bərabərlik və din azadlığı işəgötürənin maraqları ilə ziddiyyət təşkil etməməlidir. Ancaq belə bir vəziyyətdə tarazlıq, din azadlığı üstünlük təşkil etməlidir”-deyə o əlavə edib.
Ombudsman gələcəkdə belə oxşar hadisələrin təkrarlanmaması üçün bu qərarı məqsədəuyğun hesab edir.
Qeyd edək ki, sözügedən qadın 2023-cü ildə ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək ombudsmanına şikayət edib.
Şəbnəm
Gununsesi.info