Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu günlərdə intihar edən məktəbli qızla bağlı danışıb.
Gununsesi.org-un xəbərinə görə, jurnalistlərə verdiyi açıqlamasında komitə sədri deyib ki, məsələ ölkə başçısının və birinci vitse-prezidentin diqqətindədir: “Bu gün sosial şəbəkələrdə populist çıxışlar edilir. Sifarişlər verilir ki, kimlərsə həbs olunmalıdır. İstintaq getdiyi bir məqamda kimisə cinayətdə ittiham etmək doğru deyil. Sanki bizdən daha çox şou-biznesdəkilərin o qıa canı yanır. Bu belə deyil. Biz hüquqi dövlətdə yaşayırıq. Hər şey hüquq çərçivəsində olmalıdır”.
H.Hüseynova deyib ki, məsələ ilə bağlı birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən göstəriş verilib: “Bu iş ciddi nəzaət altındadır”.
Leyla
Gununsesi.org