Hikmət Hacıyev Dağıstanda saxlanılan vətəndaşlardan danışıb

  • By admin
  • 30 İyun 2020 20:24

“Dağıstanda saxlanılan vətəndaşlarla əlaqədar onu qeyd etmək istərdim ki, digər ölkələrin ərazisində olan həmvətənlərimiz həmin ölkənin qayda-qanunlarına riayət etməlidir”.

Gununsesi.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, hər hansı zorakılıq xarakteri daşıyan addımlardan çəkinmək lazımdır:

“Bu, çox vacib xarakter daşıyır. Saxlanılan vətəndaşlarla bağlı Azərbaycanın aidiyyəti strukturları Rusiyanın hüquq-mühafizə orqanları ilə təmasdadırlar”.

 

 

Gununsesi.org