“Ermənistanın son iki ildə yeritdiyi siyasət və taktikaya nəzərə yetirdikdə, bu ölkənin münaqişənin həllində hər hansı irəliləyişləri əngəlləyərək siyasi təxribatlara yol verdiyini görürük”.
Gununsesi.info-nun məlumatına görə, bu haqda Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev Milli Diplomatiya Günü münasibətilə keçirilən tədbir çərçivəsindəki panel iclasında çıxışı zamanı deyib.
H.Hacıyev bildirib ki, Ermənistan apardığı siyasətlə danışıqlar prosesində irəliləyişin qarşısını almağa çalışır: “Məsələn, Ermənistan ötən müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçirib”.
XİN sözçüsü Azərbaycanın xarici siyasətində əsas diqqət mərkəzində olan məsələlərdən birinin də TAP və TANAP layihələri olduğunu söyləyib: “Bu layihələrin həyata keçməməsində maraqlı olan müəyyən dairələr var. Bununla belə, Qərb dövlətləri TAP və TANAP layihələrinin həyata keçməsində maraqlıdır”.
Gulnaz