Hikmət Hacıyev İran səfiri ilə görüşüb -FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Gununsesi.info Azadİran-a istinadən xəbər verir ki, bununla bağlı Musəvi özünün Tvitter hesabında yazıb: “İran və Azərbaycan xarici işlər nazirlərinin konstruktiv telefon danışıqlarından sonra, mənim də Hikmət Hacıyevlə açıq və konstruktiv görüşüm baş tutub. Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və bölgənin maraqlarına xidmət edəcək”.

 

Şəbnəm

Gununsesi.info