Hikmət Hacıyev: “Nalbandyanın bəyanatları hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun deyil”

  • By admin
  • 22 İyun 2016 11:03

hikmat

 

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yenə də öz ənənəsinə sadiq qalaraq, qeyri-konstruktiv və ziddiyyətli bəyanatlarla çıxış edir. Gununsesi.info-nun məlumatına görə, bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamasını şərh edərkən deyib. Onun sözlərnə görə, Nalbandyan hazırkı danışıqların məntiqinə və mahiyyətinə uyğun hərəkət etməli olduğu halda, yenə də mövcud status-kvonun gücləndirilməsinə çalışır. Bu isə status-kvonun qəbuledilməz və qeyri-davamlı olmasına dair ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə səsləndirdiyi mövqe ilə ziddiyyət təşkil edir. H.Hacıyev hesab edir ki, Azərbaycan tərəfi münaqişənin həll edilməsi üçün substantiv danışıqlara sadiq olaraq, Sankt-Peterburqda prezidentlər səviyyəsində konstruktiv şəraitdə keçirilmiş görüşün nəticələrini müsbət qiymətləndirir.

 Gülnaz Qənbərli