Hikmət Hacıyev Novruz bayramı ilə bağlı paylaşım etdi

  • By Günel
  • 21 Mart 2025 00:06

Azərbaycan xalqı min illərdir ki, Novruz bayramını qeyd edir.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki səhifəsində yazıb.

O bildiib ki, BMT Baş Assambleyası 2010-cu il tarixli 64/253 saylı qətnamə ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

“Novruz yaz gününün bərabərləşdiyi gündür, Azərbaycan xalqı tərəfindən min illərdir ki, yazın başlanğıcı və təbiətin canlanması kimi qeyd olunur”, – deyə H.Hacıyev qeyd edib.

Gununsesi.info