Hikmət Hacıyev: “Tərtər intensiv atəşə tutulur, artilleriya və raketlərdən istifadə olunur””

  • By admin
  • 26 Oktyabr 2020 18:55

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur”.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb. 

O qeyd edib ki, artilleriya və raketlərdən istifadə olunur: “Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır”.

 

 

Gununsesi.info