
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyədə baş verən güclü zəlzələ ilə bağlı başsağlığı verib.
Gununsesi.info xəbər verir ki, H.Hacıyevin “Twitter@ paylaşımında deyilir:
“Həlak olanlara Allah rəhmət eləsin! Allah səbr versin!”
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 maqnitudada zəlzələ olub. Nəticədə 1498 nəfər ölüb, 8533 nəfər yaralanıb, 2824 bina dağılıb.
Gununsesi.info