Hikmət Mirzəyevə yeni müavin təyin edildi

Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı, general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Sözügedən vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb.
Qeyd edək ki, o, əvvəllər Azərbaycan Ordusunda 4-cü ordu korpusunun komandanı olub.