Hikmət Hacıyev Ağdam səfərilə bağlı paylaşım edib

  • By admin
  • 13 İyun 2021 18:44

“120-dən yuxarı diplomatik korpus nümayəndəsilə Ağdama səfərimizi ailə fotosu və bir neçə il sonra yeni, müasir, ağıllı şəhərə qayıtmaq vədilə başa vurduq”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsindəki paylaşımında bildirib.

O, qeyd edib ki, fotoda arxa fonda görünən qaldırıcı kran xarabalığa, urbisid və 30 illik işğal çapıqlarına qarşı başlamış transformasiyaların rəmzidir.

Gununsesi.info