Hikmət Hacıyev: “Azərbaycana güclü təzyiqlər var”

  • By admin
  • 10 Oktyabr 2020 15:47

 

“Mən açıq şəkildə demək istəyirəm. Bəli bu gün Azərbaycana qarşı Xarici təzyiqlər var. Və Azərbaycan Respublikasının Prezidenti bu təzyiqlərə qarşı Azərbaycan xalqının mənafeyinə uyğun şəkildə mərdi-mərdanə sinə gərir və bu davam edəcək”.

Gununsesi.info bildirir ki, bunu Prezidentin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyev deyib.
“Humanitar məqsədlərlə olan atəşkəs rejimini qarşı tərəf pozarsa, Azərbaycan buna uyğun olaraq, cavab tədbirləri görəcək. Qarşı tərəf atəşkəsə məhəl qoymur. Artıq atəşkəs pozulur və biz də cavab tədbirləri görürük. Buna uyğun olaraq atəşkəs tələb edən xarici dövlətlərdən bunu bir kənara qeyd etmələrini istəyirik”- deyə o fikirlərini yekunlaşdırıb.

Gununsesi.info