Hikmət Hacıyev BMT rəsmisi ilə UNEP-in azad olunmuş ərazilərə missiyasını müzakirə etdi

  • By admin
  • 18 Mart 2022 09:04

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə UNEP-in azad olunmuş ərazilərə missiyasını müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz rəsmi “Twitter” hesabında bildirib.

“BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Şuşaya missiyasını müzakirə etdik. Ermənistanın 30 il davam etmiş hərbi işğalı böyük ekoloji ziyanla müşayiət olunub”, – paylaşımda bildirilir.

Gununsesi.info