Hikmət Hacıyev: “Cəzasızlığa son qoyulmalıdır!” - VİDEO

  • By admin
  • 26 Fevral 2023 13:44

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında CBC televiziya kanalına verdiyi müsahibəni paylaşıb.

Gununsesi.info bildirir ki, o, müsahibədə Xocalı soyqırımı haqqında geniş məlumat verib.

Hikmət Hacıyev paylaşıma əlavə edib:

“366-cı Sovet hərbi alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinin qəsdən və amansızcasına qətlə yetirilməsi müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı aktıdır. Cəzasızlığa son qoyulmalıdır!”

Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Gununsesi.info