Hikmət Hacıyev “Qarabağ” klubu ilə “İmarət”də futbol oynadı — VİDEO

  • By admin
  • 28 Noyabr 2020 18:16

Ağdamın Qarabağ klubu 27 illik həsrətdən sonra ilk dəfə doğma məkanda futbol oynayıb. 

Bu barədə Haber Global görüntüləri yayılıb.

Həmin görüntülərdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də futbolçularla birrlikdə futbol oynayır. Bu simvolik matç diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin işğaldan azad olunmuş Ağdama səfəri çərçivəsində keçirilib.

 

Gununsesi.org