Hikmət Hacıyev və İsrail XİN-in nümayəndəsi telefonla danışdı

  • By admin
  • 21 Noyabr 2022 19:12

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktoru Alon Uşpizlə telefonla danışıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Twitter”də yazıb.

Onun sözlərinə görə, telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb: “Tərəflər həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər”.

Gununsesi.info