Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan cinayətkar dəstəsinin istintaqı davam edir. Gununsesi.info-nun xəbərinə görə, hazırda həbsdə olan MTN-nin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevin cinayət işi üzrə sabiq nazir müavini Hilal Əsədovun ifadəsi alınıb. İstintaqçılar sabiq nazir müavinindən MTN tərəfindən qanunsuz olaraq dinlənən yüksək vəzifəlilər barəsində soruşublar. Hilal Əsədov həmin vəzifəliləri hansı məqsədlə dinləmələri barədə danışıb.
Gununsesi.info xatırladır ki, Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin tifaqının dağılmasına əsas səbəblərdən biri yüksək vəzifəli məmurların özlərinin və övladlarının qanunsuz olaraq, telefonlarının dinlənilməsi, onların şəxsi həyatına müdaxilələri olub.
MTN-dəki mütəşəkkil cinayətkar dəstənin rəhbəri Eldar Mahmudov və onun “sag əli” hesab olunan Hilal Əsədov azadlıqda olsa da hər an onların həbsi realdır.
Pərviz Həşimli