Hillari Klinton bir daha seçkilərə qatılmayacaq

  • By admin
  • 07 Aprel 2017 07:41

Klinton

ABŞ prezidentliyinə sabiq namizəd Hillari Klinton seçkili vəzifələrə namizədliyini irəli sürmək niyyətində olmadığını qeyd edib.

Gununsesi.info-nun ntv.ru-ya istinadən verdiyi məlumata görə, Hillari Klinton bu barədə Nyu-Yorkda keçirilən “Qadının dünyada rolu” adlı forumda çıxışı zamanı bildirib.

“Mən maraqlı bir şeylə məşğul olmaq istəyirəm. Mən düşünmürəm ki, bu, yeni seçkilərdə iştirakı nəzərdə tutur”,deyə Klinton qeyd edib.

Nəzərinizə çatdıraq ki, daha əvvəl kütləvi informasiya vasitələri Klintonun Nyu-Yorkun meri vəzifəsinə seçilmək imkanlarını nəzərdən keçirməsi haqda məlumat verib.

Gununsesi.info