Hillari Klinton da Bəxtiyar Hacıyevə azadlıq istədi

  • By admin
  • 24 Fevral 2023 08:40

ABŞ-ın sabiq Dövlət Katibi Hillari Klinton həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevə azadlıq tələb edib.

Gununsesi.info-nun xəbərinə görə, Xanım Klinton bu barədə özünün Twitter səhifəsində yazıb:

HTML tutorial

“Mən azərbaycanlı fəal Bəxtiyar Hacıyev üçün narahatlığını bildirən insan və qurumların xoruna qoşuluram. O, dekabrdakı siyasi səbəbli həbs tədbirinə qarşı aclıq edir və sağlamlıq vəziyyəti getdikcə pisləşir. Dünya bunu izləyir.”

 


Afət

Gununsesi.info