Hillari Klinton səs verdi

  • By admin
  • 08 Noyabr 2016 21:13

Democratic presidential candidate Hillary Clinton speaks during a presidential primary election night rally, Tuesday, June 7, 2016, in New York. (AP Photo/Julio Cortez)

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton Nyu-Yorkda həyat yoldaşı, ölkənin eks-prezidenti Bill Klintonla birgə səs verib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, səs verdikdən sonar Hillari Klinton seçki məntəqəsində olan seçicilərlə söhbət edib. O, prezident seçiləcəyi təqdirdə bunun özü üçün böyük bir məsuliyyət olacağını və prezidentliyin uğurlu olması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki,  “Fox News”un keçirdiyi son sorğunun nəticələrinə əsasən, H.Klinton rəqibi Donald Trampı 4 faiz qabaqlayır.

Gununsesi.info