Hillari Klinton xəstəlikdən sonra seçkiqabağı kampaniyasını bərpa edib

  • By admin
  • 15 Sentyabr 2016 19:39

hil

 

HTML tutorial

Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton xəstəlikdən sonra seçkiqabağı kampaniyasını bərpa edib.

Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bu gün  pnevmoniya səbəbindən verdiyi üçgünlük fasilədən sonra H.Klinton Şimali Karolinada və Vaşinqtonda çıxış edəcək.

Bir müddət əvvəl Klinton xəstəlik səbəbindən seçkiqabağı kampaniya çərçivəsində Kaliforniyaya səfərini təxirə salmaq məcburiyyətində qalıb.

Nyu-Yorkda 2001-ci il sentyabrın 11-də baş vermiş terror qurbanlarının xatirəsinə həsr edilmiş tədbir zamanı H.Klintonun vəziyyəti qəfldən pisləşib və o, avtomobilinə sərbəst minə bilməyib.

 

 

Gununsesi.info