Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub

  • By admin
  • 11 İyul 2020 22:35

Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan bildirib ki, koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Gununsesi.org xəbər verir ki, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

“Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilər yoxlamadan keçdi, nəticələri gözləyirlər”, – deyə  aktyor “Twitter”də yazıb.

 

 

Gununsesi.org