Hind mədəniyyəti beynəlxalq sərgisi açılacaq

  • By admin
  • 17 Avqust 2016 14:05

hind

Sentyabrın 2-də Bakıda Hind mədəniyyəti beynəlxalq sərgisi açılacaq.

Gununsesi.info-ya Hindistan səfirliyindən daxil olan məlumata görə, sərgi 16 gün davam edəcək.

Belə ki, hər il ənənəvi olaraq təşkil olunan sərgi bu dəfə “Amay” ticarət mərkəzində keçiriləcək.

Qonaqlar sərginin pavilyonunda yer alan Hindistan mədəniyyət nümunələri ilə yaxından tanış olma imkanı əldə edəcəklər. Burada, həmçinin, hind rəqsləri, hind yeməkləri də təqdim olunacaq. Hindistandan gətirilən qızıl və gümüş əşyalar, tavalar və qazanlar, mebel, xalça, ədviyyat, çay və başqa məhsullar da Paytaxt sakinlərinin könlünü oxşayacaq. Sərgidə müxtəlif növdə ipək, qumaş və pambıq parçalardan hazırlanmış geyimlər, kəlağayılar, yaylıqlar və dəsmallar nümayiş olunacaq.

Sərgi ziyarətçiləri sentyabrin 18-dək hind musiqisi və incəsənəti ilə yaxından tanış ola biləcəklər.

Gülnaz Qənbərli

Gununsesi.info