Hindistan Ermənistana 155 milyonl dollarlıq silah satışını TƏSDİQLƏDİ

  • By admin
  • 09 Mart 2024 09:21

Ermənistan bu yaxınlarda Hindistandan 155 milyon dollara 84 ədəd 155 mm-lik ATAGS Qabaqcıl Yedəkli Artilleriya Sistemi almaq qərarını təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Army Recognition” onlayn nəşri məlumat yayıb.

ATAGS-in atəş məsafəsi 48 km-dir. 2023-cü ildə Ermənistan 6 ATAGS qurğusu alıb və Hindistan şirkətləri ilə MArG 155 özüyeriyən haubitsaların və “Akaş” hava hücumundan müdafiə sisteminin alınması üçün daha bir neçə müqavilə imzalayıb.

 

Gununsesi.info